DSX-nin Xüsusi Məktəbinin V sinfinə şagird qəbulu bu gün yekunlaşır
28-03-2022, 10:32
377

DSX-nin Xüsusi Məktəbinin V sinfinə şagird qəbulu bu gün yekunlaşır

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə şagird qəbulu bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, qəbul imtahanında 2022-ci il dekabrın 31-dək 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan, qəbul aparılan ildə ümumi təhsil pilləsinin IV sinfində təhsil alan, fiziki cəhətdən sağlam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

İmtahanlarda iştirak etmək istəyən namizədlər DİM-in rəsmi internet saytında “Şəxsi kabinet” yaratmalı və pul hesabına 40 AZN əlavə etməlidirlər. Daha sonra 28 mart saat 23:59-dək dim.gov.az saytında müvafiq linkə daxil olub elektron ərizəni dolduraraq qeydiyyatdan keçməlidirlər.

DİM-in saytında “Şəxsi kabinet” yaratmaq üçün şagirdlər əvvəlcə təhsil aldıqları orta məktəbə müraciət edərək fərdi məlumatlarının “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsini təmin etməlidirlər. 

Daxil edilmiş məlumatlarda “imtahana buraxılır” və ya “hazırda təhsil alır” bəndi seçilməlidir. Əks halda həmin şagirdlər imtahanda iştirak etmək üçün elektron qeydiyyatdan keçə bilməyəcəklər.

Test imtahanı Azərbaycan dili və riyaziyyat fənləri üzrə Azərbaycan dilində aparılır. Hər fənn üzrə 30 qapalı tipli sual təqdim ediləcək. İmtahanın müddəti 90 dəqiqədir.

Qəbul elanının tam mətni Mərkəzin saytında yerləşdirilib.


0 0

Şərhlər

Oxşar xəbərlər