BDU-da I Milli Texnologiya Sərgisi keçiriləcək
25-03-2022, 07:07
246

BDU-da I Milli Texnologiya Sərgisi keçiriləcək

TehsilForumu.Az Martın 30-da Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə I Milli Texnologiya Sərgisi keçiriləcək. Azərbaycanda Elm Gününə həsr olunacaq sərgidə BDU-nun gənc tədqiqatçıları və tələbələrinin hazırlanmış müxtəlif innovasiya və texnologiya layihələri nümayiş olunacaq.

 

Bu barədə BDU-dan məlumat verilib. Bildirilib ki, sərgidə aşağıda qeyd edilən sahələr üzrə layihələr nümayiş olunacaq:

 

– Proqramlaşdırıla bilən mikrosxemlər (Arduino, Raspberry Pi) və onların əsasında hazırlanmış ağıllı həllərin müxtəlif sahələrdə tətbiqləri;

– Əşyaların interneti (IoT) və maşından maşına (M2M) texnologiyaları əsasında “Smart Life” – “ağıllı” şəhər və kənd konsepsiyası layihələri;

– Modelləşdirmə və 3D çap texnologiyaları;

– Proqramlaşdırma və internet texnologiyaları.

Sərgi iştirakçısı olan komandalar tərəfindən öz layihələrinin elektron dövrəsinin hazırlanması, proqramlaşdırılması, prototipin gövdəsinin 3D modelinin hazırlanması və çap edilməsi prosesləri canlı formada mərhələli olaraq təqdim ediləcək.
0 0

Şərhlər

Oxşar xəbərlər