BDU-da “Qeyri-səlis məntiq və tətbiqləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
20-12-2021, 10:00
214

BDU-da “Qeyri-səlis məntiq və tətbiqləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

TehsilForumu.Az - Bakı Dövlət Universiteti və Holon Texnologiya İnstitutunun (Israil) birgə təşkilatçılığı ilə 2021-ci ilin 20-21 dekabr tarixlərində “Qeyri-səlis məntiq və tətbiqləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcəkdir.

Konfransın məqsədi görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əlyevin 2021-ci il 25 yanvar tarixli Sərəncamından irəli gələn məsələlərin həlli ilə əlaqədar Lütfi Zadə irsini öyrənmək, qeyri-səlis məntiq, süni intellekt sahəsində prioritet istiqamətləri üzə çıxarmaq, innovativ layihələri müəyyənləşdirmək, bu sahədə dünyanın aparıcı mütəxəssisləri ilə təcrübə mübadilələri aparmaq, gənc tədqıqatçıları elmi araşdırmalara təşviq etmək, elmi tədqiqat işlərinin nəzəri və tətbiqi cəhətdən əldə olunan mühüm nəticələrini beynəlxalq səviyyədə müzakirə etməkdir. http://fla2021.bsu.edu.az

 

Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcək:

Qeyri-səlis nəzarət
Qeyri-səlis ölçü və metrika
Tətbiqi riyaziyyat və aproksimasiya nəzəriyyəsi
Diferensial tənliklər və tətbiqləri
Maşın(texnika) öyrənilməsinin tətbiqləri
Qeyri-səlis dinamik sistemlər və Xaos nəzəriyyəsi
Ümumi mühəndisliyin tətbiqləri
Geniş məlumatlar və məlumat mədəni
Qeyri-səlis topologiya
10.Qeyri-səlis cəbr

11.Qeyri-səlis analiz

12. Semantik şəbəkə

13.Statistik analizlər

14.Kompyuter intellekti

15.Qeyri-səlis çoxluqların tətbiqləri

16.Mükəmməl öyrənmənin tətbiqləri

17.Geniş ölçülü vizualizasiya
0 0

Şərhlər

Oxşar xəbərlər