"Məktəblər lazımsızdır, yaşasın repetitorluq!" - Şəmil Sadiq
10-01-2022, 18:48
460

"Məktəblər lazımsızdır, yaşasın repetitorluq!" - Şəmil Sadiq

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2022-ci ildə keçirilməsi nəzərdə tutulan imtahanların təqvimi sosial şəbəkələrdə yayılıb.

TehsilForumu.Az xəbər verir ki, bu məsələyə Filologiya elmləri üzrə fəlsəfə doktoru Şəmil Sadiq münasibət bildirib.

O, məktəb proqramı bitmədən buraxılış imtahanlarının keçirilməsini repetitorluğa hesablanmış addım olduğunu bildirib: “Mən hələ də son zamanlar Dövlət İmtahan Mərkəzinin məntiqini tuta bilmirəm. Deyilənlərə görə, yeni imtahan qrafikləri açıqlanıb, rəsmidir, ya yox, dəqiq deyil hələ ki. Amma əvvəlki illərə baxanda dəqiq olduğunu ehtimal edə bilərik. Buraxılış imtahanları mart və aprel ayına nəzərədə tutulur və keçirilir. Bu da o deməkdir ki, məktəblər lazımsızdır, yaşasın repetitorluq! Çünki Azərbaycanda məktəblər iyun ayında bitir. Dərs ilinin bitməsinə iki-üç ay qalmış bu nə tələm-tələsiklikdir axı?! Məktəb proqramı bitməmiş buraxılış və ya qəbul imtahanı keçirmək bizə nə vəd edir?”

Şəmil Sadiq qeyd edib ki, imtahanlardan sonra şagirdlərin məktəbə getməsinin heç bir məntiqi qalmır: “İmtahanlardan sonra şagird məktəbə niyə gəlir? Çünki bizim 11-cilər onsuz da məktəblərdən yayınır bu ağır qəbul imtahanı prosesinə görə, bir də imtahan bitdi, qiymətini aldı, nəyinə lazımdır daha məktəb? Formal da olsa! İlin axırı bunu etmək daha yaxşı olardı. Ola bilsin ki, DİM-in keçirdiyi imtahanlar çoxdur, zamanlamada problem ola bilir. Amma bu, heç bir halda haqq vermir ki, məktəblərə bu cür yanaşılsın!”
0 0

Şərhlər

Oxşar xəbərlər