Bu il təhsillə bağlı qəbul edilən ƏSAS QƏRARLAR
4-01-2022, 13:51
274

Bu il təhsillə bağlı qəbul edilən ƏSAS QƏRARLAR

2021-ci ilin bitməsinə 1 gün qalıb. Bu tarix ölkə təhsilində bir çox vacib hadisələrlə yadda qaldı.
 
 
TehsilForumu.Az - cari ilin əsas TOP 10 təhsil hadisələrini təqdim edir:
 
Təhsil Tələbə Krediti Fondu
 
17 iyunda Prezident İlham Əliyev Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb.
 
 
Fond təhsil tələbə kreditlərinin verilməsini təşkil edən qeyri-kommersiya hüquqi şəxsidir. Təhsil tələbə kreditinin məbləğinin yuxarı həddi hər tədris ili üçün təsdiq edilən tələbə qəbulunda nəzərdə tutulmuş ayrı-ayrı ixtisaslar üzrə ödənişli əsaslarla təhsilalana düşən illik təhsil haqlarının məbləğindən çox olmamalıdır.
 
 
Əyani tədris qismən bərpa edilib
 
 
COVİD-19 pandemiyasının yaratdığı fəsadların qarşısının alınması məqsədi ilə iki ilə yaxın müddətdə ölkəmiz distant təhsil yolunu seçdi. Lakin 2021-ci ilin sentyabrından təhsil müəssisələrində əyani tədris qismən bərpa edilib.
 
 
Regional Təhsil İdarələri yaradılıb
 
 
Prezident İlham Əliyev Azərbaycan Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısı Azərbaycan Təhsil Nazirliyinin strukturunu təkmilləşdirmək məqsədi ilə nazirliyinin aşağıdakı regional idarələrinin yaradılmasını qərara alıb.
 
 
III qrup imtahanına yeni fənn əlavə edilib
 
 
2022/2023-cü tədris ilindən başlayaraq III ixtisas qrupuna daxil olan ixtisasların dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqrupuna daxil edilən ixtisaslar olmaqla 2 altqrupa bölünməsi və TC altqrupuna daxil edilən “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin imtahanın II mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı coğrafiya fənnindən, DT altqrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin isə ədəbiyyat fənnindən imtahan verməsi nəzərdə tutulur.
 
 
Uşaq bağçaları yenidən Təhsil Nazirliyinə verildi
 
 
Yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib.
 
Bununla bağlı bu gün, dekabrın 20-də Prezident İlham Əliyev sərəncam imzalayıb.
 
 
Peşə təhsili alanlara subbakalavr dərəcəsi veriləcək
 
 
Yüksək texniki peşə təhsilini bitirən şəxslərə orta ixtisas təhsili pilləsini (kollec) bitirən şəxslərə bərabər tutulan subbakalavr ixtisas dərəcəsi veriləcək.
 

Bununla bağlı “Peşə təhsili haqqında” qanuna dəyişiklik təklif edilir.
 
 
Müəllimlərin maaşı artırılacaq
 
 
Prezident İlham Əliyev “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında” Sərəncam imzalayıb.
 
 
Məktəbəqədər təhsil müəssisələrinin adı dəyişdirilib
 
 
Azərbaycanda məktəbəqədər təhsil müəssisələri bundan sonra uşaq evləri adlanacaq. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı fərman imzalayıb.
 
 
Məktəblərdə "Zəfər Tarixi" dərsi keçirilməyə başlanılıb
 
 
"Zəfər Tarixi" bu ildən bütün məktəblərdə tədris edilməyə başlayıb. Şagirdlər bu dərslik vasitəsi ilə Zəfərə necə gəlib çatmağımız barədə məlumatlanacaqlar. Dərsliyin hər il yenilənməsi nəzərdə tutulur.
 
 
Azərbaycanda Təhsilin İnkişafı Fondu yaradılıb
 
 
Azərbaycan Prezidenti İlham Əliyev Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun yaradılması haqqında Fərman imzalayıb.
 
 
Təhsilin İnkişafı Fondu (bundan sonra – Fond) Azərbaycan Respublikasında təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri maliyyələşdirən, dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılmasına yardım edən publik hüquqi şəxsdir;
0 0

Şərhlər

Oxşar xəbərlər