Beynəlxalq Lütfi Zadə riyaziyyat və informatika olimpiadası yekunlaşıb
26-12-2021, 07:55
323

Beynəlxalq Lütfi Zadə riyaziyyat və informatika olimpiadası yekunlaşıb

Təhsil Nazirliyinin 18 ölkədən 158 məktəblinin iştirakı ilə təşkil etdiyi Beynəlxalq Lütfi Zadə riyaziyyat və informatika olimpiadası yekunlaşdı".

Tehsil.biz xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev bildirib.

O qeyd edib ki, olimpiadada informatika fənni üzrə 7 qızıl, 16 gümüş, 23 bürünc medal, riyaziyyat fənni üzrə 5 qızıl, 12 gümüş 17 bürünc medal qazanılıb: "Riyaziyyat fənni üzrə 3 qızıl, 2 gümüş, 1 bürünc medal, informatika fənni üzrə 4 bürünc medal isə Azərbaycan məktəblilərinin payına düşüb. Məktəblilərimizi ürəkdən təbrik edir, daha yüksək nailiyyətlər arzulayıram".

https://youtu.be/LGwvW4jjeMs


0 0

Şərhlər

Oxşar xəbərlər