Lənkəran-Astara Regional Təhsil İdarəsində yaranmış insident ilə bağlı AÇIQLAMA
17-02-2023, 16:33
1 331

Lənkəran-Astara Regional Təhsil İdarəsində yaranmış insident ilə bağlı AÇIQLAMA

TehsilForumu.Azxəbər verir ki , 01 sentyabr 2022-ci il tarixində, Lənkəran-Astara Regional Təhsil İdarəsinə gələrək özünü “Çağdaş Təhsil” jurnalının təsisçisi kimi təqdim edən Zeynalov Vüsal Fazil oğlu ictimai asayişi, eyni zamanda vətəndaş qəbulu zamanı idarənin iş rejimini 3 saat ərzində pozmuş, idarə əməkdaşlarına qarşı təhqiramiz ifadələr işlətmişdir. 

Vətəndaş Vüsal Zeynalovun sadalanan cinayət tərkibli davranışı sərgiləməsinə səbəb Regional Təhsil İdarəsi tərəfindən məktəb direktorlarına ödənişli əsaslarla şagird nailiyyətlərinin hər hansı media qurumunda paylaşılmasına razılıq verilmədiyi ilə bağlı təlimat olmuşdur.

Vətəndaş Vüsal Zeynalovun Lənkəran-Astara Regional Təhsil İdarəsində yaratmış olduğu insidentlə bağlı dərhal “102” Xidməti – Zəng Mərkəzinə məlumat verilmiş, hadisə yerinə gələn polis əməkdaşları dərhal prosesə müdaxilə etmişdirlər. Fakt üzrə toplanmış materiallar əsasında hazırlanmış ittiham aktı Lənkəran Rayon Prokurorluğuna təqdim olunmuşdur.  

Hadisə ilə bağlı araşdırma aparılmış və Lənkəran Rayon Məhkəməsinin 06.02.2023-cü il tarixli 1(049)-59/2023 nömrəli hökmü ilə Zeynalov Vüsal Fazil oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.

Əlavə olaraq bildiririk ki, son günlər bəzi sosial şəbəkə platformalarında və saytlarda idarənin fəaliyyəti ilə bağlı bəzi hallarda bilinən, daha çox isə saxta profillərlə fakta söykənməyən, böhtan xarakterli, təhqiramiz yazılar paylaşılır. İctimai çaşqınlıq yaradan, cəmiyyətdə inamsızlıq formalaşdıran bu kimi hallara qarşı regional təhsil idarəsi tərəfindən hüquqi müstəvidə münasibət bildirəcəkdir.

Qeyd edirik ki, Lənkəran-Astara Regional Təhsil İdarəsi fəaliyyətini qanunvericiliyin tələblərinə əsasən qurur, vətəndaş məmnunluğunu, işə qəbulun şəffaflığını, tədrisin təşkili ilə bağlı tələbləri qanunauyğun şəkildə təmin edir.
0 0

Şərhlər

Oxşar xəbərlər