Məktəb dərslikləri  qəbul səviyyəsindən aşağıdır - PROBLEM
21-03-2022, 13:06
414

Məktəb dərslikləri qəbul səviyyəsindən aşağıdır - PROBLEM

“Nə informatika dərslikləri, nə də informatika müəllimləri qəbul səviyyəsində məlumatlara sahib deyillər”

 

Bir müddət öncə Baş nazir Əli Əsədovun qərarı ilə I qrupa İnformatika fənninin əlavəsi təsdiqləndi.

 

Qərara əsasən, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməlidir.

 

Məktəblərdə informatika dərsliklərinin səviyyəsi abituriyentin gələcəkdə qəbul imtahanlarına hazırlığı üçün nə dərəcədə qənaətbəxşdir? Bu istiqamətdə nə kimi ciddi addımlar atılmalıdır?

 

Mövzu ilə bağlı ixtisas seçimi və karyera üzrə mütəxəssis Adil Vəliyev TehsilForumu.Az-a açıqlamasında son zamanlar təhsil sahəsində atılan addımları nəzərə çatdırıb:

 

“Son zamanlar təhsil sahəsində bir çox müsbət qərarlar verildi və diqqət etsək, görərik ki, bu qərarlar tələbələrin abituriyent zamanından daha diqqətli seçim etmələrinə və yüksək nəaliyyət əldə etmələrinə yönəlib. İlk olaraq bildiyiniz kimi 2022-2023 qəbul ili üçün nəzərdə tutulan regionşünaslıq və beynəlxalq münasibətlər ixtisasının 3-cü qrupa keçməsi oldu. 2023-2024 qəbul ili üçün isə 1-ci qrupa informatika fənni əlavə edildi və “İnformatika müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi”, “Kompüter elmləri”, “İnformasiya təhlükəsizliyi”, “İnformasiya texnologiyaları”, “Kompüter mühəndisliyi”, “Mexatronika və robototexnika mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “Sistemlər mühəndisliyi” ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər riyaziyyat-informatika fənnindən,digər ixtisaslar üçün isə riyaziyyat-kimya imtahanında iştirak edəcəklər”.

 

Mütəxəssis informatika dərsliklərinin səviyyəsi və müəllimlərin məlumat bazasının qəbul səviyyəsinə uyğunluğunu dəyərləndirib:

 

“Ancaq bu zaman bizi həyacalandıran sual ortaya çıxır.Məktəblərdə informatika fənninin səviyyəsi hansı vəziyyətdədir?Məktəbdə öyrədilən informatika dərsi abituriyent üçün kifayət edəcəkmi? Hər iki suala da bir təhsil mütəxəssisi kimi “XEYR” cavabını verərdim. Düşünürəm ki, nə informatika dərslikləri, nə də informatika müəllimləri qəbul səviyyəsində məlumatlara sahib deyillər. Bu problemin heç axsatmadan,intensiv olaraq həll etmək üçün ehtiyac olarsa, ali təhsil müəssisələrində olan informatika müəllimləri ilə birgə çalışaraq ən mükəmməl səviyyədə həll etməliyik”.
0 0

Şərhlər

Oxşar xəbərlər