Kollec direktoru işdən azad edildi.
1-04-2024, 12:50
576

Kollec direktoru işdən azad edildi.

TehsilForumu.Az- a verilən məlumata görə Ağdaş Dövlət Humanitar Kollecinin direktoru vəzifəsindən azad edilib.

Martın 5-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri Ağdaş Dövlət Humanitar Kollecində monitorinq keçirib. Monitorinq zamanı müvafiq yoxlamalar aparılıb və sənədlərə baxış keçirilib. Aşkarlanmış nöqsanlar nəticəsində Agentliyin 1 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Namiq Mehdiyevlə bağlanmış əmək müqaviləsinə xitam verilib. 

Qeyd edək ki, ölkənin orta ixtisas təhsili müəssisələrində monitorinqlər davam etdirilir.
0 0

Şərhlər

Oxşar xəbərlər