Elm və təhsil naziri Şirvanda vətəndaşları qəbul edəcək
4-10-2023, 11:56
561

Elm və təhsil naziri Şirvanda vətəndaşları qəbul edəcək

TehsilForumu.Az xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayev 27 oktyabr tarixində Şirvan şəhərində vətəndaşları qəbul edəcək.

Nazirlikdən bildirilib ki, qəbulda Şirvan, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar sakinləri iştirak edə bilərlər. 

Adları çəkilən rayonların sakinləri 12 oktyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər.

Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür. 
0 0

Şərhlər

Oxşar xəbərlər