Nazir İmişlidə vətəndaşları qəbul edəcək..
12-09-2023, 07:12
429

Nazir İmişlidə vətəndaşları qəbul edəcək..

Elm və təhsil naziri Emin Əmrullayev 29 sentyabr 2023-cü il tarixində İmişli rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda İmişli, Beyləqan, Saatlı, Sabirabad və Xocavənd rayonlarının sakinləri iştirak edə bilərlər.

 TehsilForumu.Az xəbər verir ki,adları çəkilən rayonların sakinləri 20 sentyabr 2023-cü il (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.  

 

Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.

  
0 0

Şərhlər

Oxşar xəbərlər