Mingəçevirdə müsabiqə və olimpiada qaliblərinin, eyni zamanda ali təhsil müəssisələrinə qəbul imtahanında 600 baldan yüksək nəticə göstərən məzunların mükafatlandırılma mərasimi keçirilib
7-09-2022, 15:31
350

Mingəçevirdə müsabiqə və olimpiada qaliblərinin, eyni zamanda ali təhsil müəssisələrinə qəbul imtahanında 600 baldan yüksək nəticə göstərən məzunların mükafatlandırılma mərasimi keçirilib

Mingəçevirdə müsabiqə və olimpiada qaliblərinin, eyni zamanda ali təhsil müəssisələrinə qəbul imtahanında 600 baldan yüksək nəticə göstərən məzunların mükafatlandırılma mərasimi keçirilib

TehsilForumu.Az - Sentyabrın 1-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Mingəçevir şəhərində regionun əhatə etdiyi rayon və şəhərlərin ümumi təhsil müəssisələrində 2021/2022-ci tədris ilində müxtəlif respublika və ya beynəlxalq əhəmiyyətli müsabiqə və olimpiadaların qaliblərinə, eyni zamanda ali təhsil müəssisələrinə qəbul imtahanlarında 600 baldan yüksək nəticə göstərmiş məzunlara həsr olunan mükafatlandırılma mərasimi keçirilib.

Mərasimdə Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov və regionda fəaliyyət göstərən orta ixtisas təhsil müəssisələrinin rəhbərləri, eyni zamanda ümumi təhsil müəssisələrinin rəhbərləri, təhsil işçiləri və media orqanlarının nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əbədi xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra idarə müdiri Elçin Kərimov təhsil işçiləri adından gələn qonaqları salamlayaraq regional təhsil idarəsini əhatə edən 1 şəhər və 6 rayonun ümumi təhsil müəssisələrində 2021/2022-ci tədris ilində şagird və məzunlarımızın əldə etdiyi nailiyyətlərdən danışıb. Həmçinin idarə müdiri ali təhsil müəssisələrinə qəbul imtahanında 84 məzunun 600 baldan yüksək nəticə göstərdiyini, eyni zamanda Respublika Fənn Olimpiadalarında 16, Respublika Fənn Müsabiqələrində 7, “Zəfər yolu” inşa müsabiqəsində 4, “Ən yaxşı təqdimat” müsabiqəsində 2, Lütfi Zadə adına Məntiq Olimpiadasında 1, “Düşünən oxucu” müsabiqəsində 1, “Sabahın alimləri” XI Respublika müsabiqəsində 2 nəfər və eyni zamanda müxtəlif respublika və beynəlxalq əhəmiyyətli yarışlarda qalib olan şagird və məzunları təbrik edərək onlara uğurlar arzulayıb.

Tədbirdə İcra başçısı İlham İsmayılov, MDU-nun rektoru Şahin Bayramov və ali təhsil müəssisələrinə qəbul imtahanında ən yüksək nəticə göstərən məzunun valideyni çıxış edərək şagird və məzunları, onların fənn müəlimlərini təbrik edib və onlara böyük müvəffəqiyyətlər arzulayıblar.

Mərasimdə sözügedən müsabiqə və olimpiadaların qaliblərinə, eyni zamanda 600 baldan yüksək nəticə göstərən məzunlara hədiyyələr təqdim olunub, bir qrup təhsil işçisi isə fəal xidmətlərinə görə Təhsil İdarəsinin təşəkkürnaməsi ilə təltif olunub.

Tədbirdə ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, müxtəlif rəqs və şeir nümunələri səsləndirilib.

#MərkəziAranRTİ #MərkəziAranRTİEduAz #Tədbir #Müsabiqə #Olimpiada #Məzun
0 0

Şərhlər

Oxşar xəbərlər