Müsahibə mərhələsinin keçiriləcəyi tarixlər açıqlandı-RƏSMİ
19-03-2022, 18:00
326

Müsahibə mərhələsinin keçiriləcəyi tarixlər açıqlandı-RƏSMİ

Müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərin iş yerinin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsi ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərildi.

 

TehsilForumu.Az  xəbər verir ki,namizədlər şəxsi səhifələrinə daxil olaraq müsahibə mərhələsinin keçiriləcəyi tarix, saat və məkanla bağlı məlumatlarla tanış ola bilərlər. Müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədi ilə keçirilən müsabiqənin müsahibə mərhələsinə 4 aprel tarixindən etibarən start veriləcək və müsahibələr 7 aprel tarixinədək davam edəcək. Müsahibə mərhələsində iştirak edəcək namizədlərə şəxsi səhifələrində yerləşdirilən təlimatla tanış olmaq və müsahibə mərhələsinə gələrkən təlimatda qeyd olunan məsələləri nəzərə almaq tövsiyə olunur. Eyni zamanda müsahibə iştirakçıları aşağıdakı linkə daxil olaraq təlimatla tanış ola bilərlər:

 

https://bit.ly/34PYD2i

 

Qeyd edək ki, cari tədris ili üzrə müddətli müqavilə əsasında işə qəbul olmuş namizədlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədi ilə həyata keçirilən müsabiqənin elektron qeydiyyat mərhələsi 1-7 mart tarixlərində keçirilib və müsabiqədə iştirak etmək üçün 2717 namizəd müraciət edib. Namizədlərin elektron ərizələri emal edildikdən sonra qeydiyyatdan keçən namizədlərdən 2033 nəfər müsahibə mərhələsində iştirak etmək imkanı qazanıb.

 

Müsahibə mərhələsində iştirak edəcək namizədlərə uğurlar arzulayırıq!

 
0 0

Şərhlər

Oxşar xəbərlər