"Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması" prosesində namizədlər üçün təlimlər keçirilmişdir.
6-02-2022, 08:55
572

"Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması" prosesində namizədlər üçün təlimlər keçirilmişdir.

TehsilForumu.Az məlumat verir ki, Fevralın 4-də və 5-də DİM tərəfindən həyata keçirilən "Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması" prosesində namizədlər üçün təlimlər keçirilmişdir. DİM-in Xaçmaz Regional bölməsinin təşkilatçılığı ilə keçirilən təlimlərin birinci günündə səmərəli ünsiyyət, işgüzar etiket texnikaları, ünsiyyət prosesində stresin idarə olunması və etik davranış qaydaları mövzularını əhatə etmişdir. Bundan əlavə, psixometrik testlər vasitəsilə namizədlərin stresə qarşı emosional davamlılığı, özünütənqid və idarəetmə qabiliyyəti, eləcə də çətin situasiyalarda qərarvermə bacarığı yoxlanılır.

Təlimlərin ikinci günündə isə DİM haqqında ümumi məlumat, imtahanlar, onların təşkili və idarə edilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarə edilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilmiş və fikir mübadiləsi aparılmışdır.

Nəzərinizə çatdıraq ki, zal nəzarətçisi sertifikatı əldə etmiş namizədlər mütəmadi olaraq DİM tərəfindən keçirilmiş imtahanlara cəlb olunacaqlar.








0 0

Şərhlər

Oxşar xəbərlər