İlham Əliyev və Mehriban Əliyeva 292 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olublar
28-01-2022, 05:40
466

İlham Əliyev və Mehriban Əliyeva 292 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olublar

Yanvarın 27-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilmiş Tədris və Xidmət Kompleksinin olub.

TehsilForumu.Az xəbər verir ki, açılışda iştirak edən ölkə Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin ərazisində tikilmiş 292 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olublar. 

Bildirilib ki, 1400 şagird yerlik məktəbin dördmərtəbəli binasında sinif, əmək, hərbi və kompüter otaqları, laboratoriya, kitabxanalar, yeməkxana və idman zalı var. Məktəb zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib. Məktəbin həyətində günəş, külək və mexaniki elektrik enerjisi qurğularının modelləri quraşdırılıb.

0 0

Şərhlər

Oxşar xəbərlər