Bağça müdirləri və işçilərinin əmək müqaviləsinin müddəti uzadılıb
19-01-2022, 06:04
332

Bağça müdirləri və işçilərinin əmək müqaviləsinin müddəti uzadılıb

Məktəbəqədər təhsil müəssisəsinin çalışmanın yaş həddinə çatmış müəssisə rəhbərləri və pedaqoji işçiləri ilə bağlanmış əmək müqaviləsinin müddətinin 30 iyun 2022-ci il tarixinədək uzadılması barədə nazirlik tərəfindən rəsmi qərar verilib.

Bu barədə TehsilForumu.Az - a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müqavilə müddətinin uzadılması yaş həddinə çatmış şəxslərin razılığı əsasında aparılacaq.

Xatırladaq ki, 20 dekabr 2021-ci il tarixindən etibarən müvafiq sərəncama əsasən, dövlət məktəbəqədər müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilmişdir.
0 0

Şərhlər

Oxşar xəbərlər