Emin Əmrullayev: "Mən məktəbdə oxuyanda da pul yığmaq halları var idi”
21-12-2021, 11:30
230

Emin Əmrullayev: "Mən məktəbdə oxuyanda da pul yığmaq halları var idi”

Məktəblərdə hansısa yığımların olması qeyri-qanunidir. Bu, bu günün problemi deyil, mən məktəbdə oxuyanda da belə hallar var idi”.

TehsilForumu.Az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin ötən gün təhsil sahəsində imzaladığı sərəncamlarla bağlı keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, məktəbdə Müəllim-Valideyn Assosiasiyasını yaratmaq hüququ Azərbaycan qanunvericiliyində var:

“Bir qisim valideynlərin bu prosesdə iştirakının lehinə ola bilər, bir qisim yox. Bu assosiasiyanı Təhsil Nazirliyi yaratmayıb. Kiminsə uşağı buna görə dərsə gəlməməlidir deyə bir şey yoxdur. Valideynlərdən pul yığılırsa, bunun mexanizmi olmalıdır. 
Problem odur ki, bizdə hazırda bunun mexanizmi yoxdur. Bu qurum varsa, şəffaf olmalıdır, valideynin razılığı olmalıdır. Hazırda problemlər mexanizmlərin olmaması ilə əlaqədardır”.

"Təhsil elədir ki, nə qədər resurs gəlirsə, o qədər də nəticə olur. Bu yığım qeyri-qanuni olmamalı, şəffaf olmalıdır. Valideyn-Müəllim Assosiasiyaları ictimai qurumdur, Təhsil Nazirliyinə tabe deyil. O təşkilatın müəllim və valideynləri nə qədər təmsil etməsi vacibdir”, - deyə nazir bildirib.
0 0

Şərhlər

Oxşar xəbərlər