Təhsil naziri: "Təhsil İdarələrinin yaradılması təhsil şöbələrinin ləğvi demək deyil"
21-12-2021, 11:04
386

Təhsil naziri: "Təhsil İdarələrinin yaradılması təhsil şöbələrinin ləğvi demək deyil"

Rayon Təhsil İdarələrinin yaradılması yerlərdəki təhsil şöbələrinin ləğvi demək deyil. Onlar sadəcə yeni yaradılacaq idarələrin tərkibində bir sektor kimi fəaliyyətlərini davam etdirəcəklər". 

TehsilForumu.Az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, rayon təhsil şöbəsində çalışan işçilər işsiz qalmayacaq:

"Əgər onlar həmin şöbələrdə dövlət qulluğunda daimi müqavilə ilə çalışırdılarsa, yeni strukturda işlə təmin olunacaqlar. Yerli idarəetmə strukturunda və ya idarənin özündə təyinat məsələsinə baxılacaq". 
0 0

Şərhlər

Oxşar xəbərlər