Bakıda XII sinifdə təhsil alan şagirdlərin sayı açıqlanıb
21-12-2021, 10:17
292

Bakıda XII sinifdə təhsil alan şagirdlərin sayı açıqlanıb

Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.

TehsilForumu.Az BŞTİ-dən bildirilib ki, idarənin tabeliyindəki məktəblərdə 467 722 şagirdin təlim-tərbiyəsi ilə 28 226 müəllim məşğul olur.

Qeyd olunub ki, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 46 479, IX siniflərində 35 452, XI siniflərində 23 677, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 134 nəfər təhsil alır.
0 0

Şərhlər

Oxşar xəbərlər