Emin Əmrullayev: "Təhsilin inkişafı üçün ictimai müzakirə önəmli məsələdir"
20-12-2021, 12:16
231

Emin Əmrullayev: "Təhsilin inkişafı üçün ictimai müzakirə önəmli məsələdir"

"Təhsilimizin irəli getməsi üçün elmi tədqiqatlar lazımdır".


TehsilForumu.Az xəbər verir ki, bunu Təhsil İnstitutunun 90 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə Təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, təhsilin inkişafı üçün ictimai müzakirə önəmli məsələdir:


"Düşünürəm ki, biz bunu Təhsil İnstitutu platforması altında etməliyik. Təbii ki, müzakirələr faydalı suallar ətrafında olmalıdır. Digər tərəfdən təhsilimizin irəli getməsi üçün elmi tədqiqatlar lazımdır.

Bu çərçivədə yeni təhsil siyasəti modellərini yaratmaq mümkündür. Bura təhsilin məzmunu, metodikası və digər məsələlər aiddir. Həmin dəyişiklikləri birbaşa yox, ardıcıl pilot layihələr çərçivəsində tərbiq etmək olar".
0 0

Şərhlər

Oxşar xəbərlər