DİM: Bu namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər
14-12-2021, 09:55
370

DİM: Bu namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

19 dekabr 2021-ci il tarixində keçiriləcək peşəkar mühasib sertifikatı imtahanının I mərhələsində (mühasibat uçotu üzrə) iştirak edəcək namizədlər DİM-in saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Bu barədə "TehsilForumu.Az - a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, buraxılış vərəqəsini çap etmək üçün bu linkə daxil olmaq lazımdır. Namizədlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də ayrıca vərəqdə çap etməlidirlər.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini , “İmtahana buraxılış vərəqəsi”, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. 

İmtahan iştirakçıları üçün “Yaddaş kitabçası”


0 0

Şərhlər

Oxşar xəbərlər