“TikTok” sosial media platforması Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən təşəbbüsünü təqdim edir.
10-04-2024, 12:19
313

“TikTok” sosial media platforması Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən təşəbbüsünü təqdim edir.

#TikTokdanÖyrən təşəbbüsü aprelin 21-dək davam edəcək. İstifadəçilər layihə həştəqindən istifadə etməklə müxtəlif mövzularda faydalı və maarifləndirici videolar paylaşmağa dəvət olunurlar: məişət “lifehack”ləri, geyim tərzi, gözəllik üzrə tövsiyələr, kulinariya reseptləri, fitnes təlimlərindən tutmuş elmi biliklərə, müxtəlif fənlər üzrə dərslər və mədəniyyət haqqında videolara qədər. İstifadəçilər üç kateqoriya üzrə müsabiqədə iştirak edə bilərlər: • Ən yaradıcı video – iştirakçının materialı ən yaradıcı şəkildə təqdim etdiyi video; • Ən yaxşı video – müsabiqə dövründə ən çox baxış toplayan video; • “TikTok”da kəşf – müsabiqə dövründə ən çox baxış toplayan yaradıcı. Müsabiqədə iştirak üçün istifadəçilər mövzuya uyğun ən azı 30 saniyəlik maarifləndirici videolar çəkməli və 21 fevral – 21 aprel tarixləri arasında #TikTokdanÖyrən həştəqi ilə öz hesablarında paylaşmalıdırlar. Qaliblər aprelin 30-dək layihənin “TikTok” səhifəsində elan olunacaq. Hər kateqoriya üzrə qaliblərə “Apple iPhone” smartfonu hədiyyə ediləcək. Layihənin təşkilində məqsəd Azərbaycanda təhsil məzmununun inkişafına dəstək vermək, həmçinin ölkənin hər bir bölgəsindən olan istifadəçilərlə qısa video formatında maraqlı bilikləri və yeni məlumatları bölüşməkdir.
0 0

Şərhlər

Oxşar xəbərlər