Layihə rəhbəri , öz peşəsini sevən -  Əliyeva Nuriyyə İsrəfil qızı
3-02-2024, 19:43
837

Layihə rəhbəri , öz peşəsini sevən - Əliyeva Nuriyyə İsrəfil qızı

TehsilForumu.Az - Mən Əliyeva Nuriyyə İsrəfil qızı-Ağdaş rayonu Xınaxlı kənd ümumi orta məktəbin informatika müəllimiyəm.05.03.1995-ci ildə Qəbələ rayon Vəndam qəsəbəsində anadan olmuşam.
2001-2012 -ci illərdə Vəndam qəsəbə Eldəniz Mehdiyev adına tam orta məktəbdə təhsil almışam.2012-2016-ci illərdə  İnfotmatika müəllimliyi fakültəsini fərqlənmə ilə bitirmişəm.2020-ci ildə Şuşa rayon 24 nömrəli ümumi orta məktəbdə,2021-ci ildən Ağdaş rayon Xınaxlı kənd ümumi orta məktəbdə çalışmağa başlamışam.3 ildir  ucqar kənddə müəllimlik peşəsi ilə  sevərək məşğul oluram.Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqənin fərdi kateqoriya üzrə qalib gələn layihələrdən biri olan "21-ci əsr üçün 21 bacarıq klubu bu"layihəsinin layihə rəhbəriyəm.Bununla yanaşı Təhsildə Yeni Çağırışlar II Beynəlxalq forumunda və Təhsildə Yeni Çağırışlar III Beynəlxalq forumunda iştirak etmişəm.Bir çox seminar və təlimlərdə iştirak edib ,əldə etdiyim sertifikatlarım var.
"Positive pedagogy and Teaching non-cognitive skills in finish school"-təlimi:04.11.2021
"Layihə yazılışı və idarəçiliyi":-16-17yanvar 2021.
Təhsil nazirliyi tərəfindən keçirilən 36 akedemik saat ərzində keçirilən "Layihə planlaşdırılması layihə təklifinin yazılması":-15.-20 dekabr 2021-ci il.
"Steam müəllimləri-yay məktəbi"1-5.09.2021.
"Müəllim və şagird münasibətlərinin tənzimlənməsi":-12.03.2022
Təhsilin inkişafına ictimai dəstək məqsədilə yaradılmış Təhsil forumu sosial platformasında bir neçə dəfə fəaliyyətlərimə görə Fəal müəllim diplomu ilə təltif edilmişəm.
2022-ci il 7mart Mərkəzi Aran Regional təhsil mərkəzinin müdiri Elçin Kərimov tərəfindən Səmərəli fəalliyyətimə görə "Təşəkkürnamə"ilə təltif edilmişəm.
2023-cü il Peşə təmayüllü siniflər üzrə ixtisas müəllimliyi imtahanında iştirak etmişəm və yüksək nəticə əldə etmişəm.
Eyni zamanada Saleh Tədris Mərkəzinin Qəbələ filalında abituriyent və MİQ hazırlığı üzrə İnformatika müəllimi kimi fəaliyyət göstərirəm.
Hal -hazırda Mingeçevir Dövlət universiteti -İnformasiya Texnologiyaları ixtisası üzrə təhsilimi davam etdirirəm.
Uğurlar arzulayırıq.
2 0

Şərhlər

Oxşar xəbərlər