"Müəllimlərimizi Tanıyaq" - Elvira Qarayeva
22-10-2023, 11:08
486

"Müəllimlərimizi Tanıyaq" - Elvira Qarayeva

"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə
Elvira Qarayeva   haqqında danışacağıq .            

Şagirdlərin kiçin dünyalarında böyük sevgi qazanan informatika müəllimi Qarayeva Elvira Vahid qızı 17 may 1985-ci ildə Bakı şəhərində anadan olub. 
Orta məktəbi bitirdikdən sonra 2003-cü ildə Azərbaycan Neft Sanaye Universitetinin Kompüter riyaziyyat ixtisasına daxil olub. 
Bir müddət ixtisası üzrə işləməyinə baxmayaraq uşaqlara olan sevgisindən Nəsrəddin Tusi adına Azərbaycan Pedoqoji Universitetinin informatika müəllimliyinə daxil olur.
2021-ci il Universiteti bitirməklə yanaşı Müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq müəllim kimi fəaliyyətə dəvam etdirir.
Hal-hazırda E.Həsənov adına 139 nömrəli tam orta məktəbin informatika müəlliməsidir.
İşlədiyi bu illər ərzində daim öz iradəsində işləmiş və inkişaf etdirici bir çox təlimlərdə iştirak etmişdir.
Bir çox yerli və beynəlxalq təlimlərdə təlimçi kimi fəaliyyət göstərir. 

AGMA, AMA, AİK, T-network və Tutorlabın üzvüdür.
3 0

Şərhlər

Oxşar xəbərlər