"Müəllimlərimizi Tanıyaq" - Xatirə İbrahimova
20-10-2023, 12:30
479

"Müəllimlərimizi Tanıyaq" - Xatirə İbrahimova


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfəXatirə İbrahimova haqqında danışacağıq.

İbrahimova Xatirə Baxış qızı 2000-ci ildə Ağdam rayonu Quzanlı qəsəbəsində anadan olmuşdur. 2006-cı ildə Ağdam rayonu 68 saylı köçkün tam orta məktəbin 1- ci sinfinə getmişdir. 
2017- ci ildə həmin məktəbin 11- ci sinfin bitirmişdir. 2017- ci ildə Dövlət imtahan mərkəzinin qəbul imtahanında iştirak edib yüksək balla Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsil fakültəsinə qəbul olmuşdur. 
2021- ci ildə universiteti yüksək ortalama ilə bitirmişdir. 2022- ci il miq imtahanında iştirak edib 92,5 bal toplayıb Ağdam birincisi, respublika üçüncüsü olmuşdur. 
Hal- hazırda Ağdam rayonu Xındırıstan kənd tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. Məqsədi şagirdlərimizin savadlı, vətənpərvər, öz haqlarını müdafiə edə biləcək, öz fikirlərini irəli sürə biləcək gücdə, potensialda olmasıdır
4 0

Şərhlər

Oxşar xəbərlər