"Müəllimlərimizi Tanıyaq" - Səkinə Əsgərova
19-10-2023, 12:48
354

"Müəllimlərimizi Tanıyaq" - Səkinə Əsgərova

"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Səkinə Əsgərova haqqında danışacağıq.

Əsgərova Səkinə Xanoğlan qızı 10.03.1990-cı ildə Tovuz rayonunda anadan olmuşdur. 
1996-cı ildə 1-ci sinfə qəbul olmuşdur. 2006-ci ildə 10-cu sinifdə oxuyarkən Azərbaycan dili və ədəbiyyatdan sagirdlər arasinda keçirilən olimpiadada Respublika 3-cüsü olmuşdur. 11-ci sinifdə oxuyarkən Tovuzda təşkil olunmuş "Bilik marafonu"nda 1-ci yeri tutmuş ve komputer qazanmışdır. 
2007-ci ildə 504 balla ADPU- nun filologiya fakültəsinə qəbul olmuşdur. 
2017-2018- ci il Miq imtahanında istirak etmiş, 45 balla Haciqabul rayon Tava kənd R.Mehbalıyev adına tam orta məktəbinə təyin olunmuşdur. 2021-ci il tarixindən etibarən həmin məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı müavini vəzifəsində çalışır.Hal-hazırda da həmin məktəbdə Azerbaycan dili və Ədəbiyyati fənnini tədris edir. "Yazi işinin təşkili" seminarında iştirak edib sertifikat almış, "5 oktyabr Müəllimlər Gününə həsr olunmuş Gənc nəslin təlim - tərbiyəsində və təhsilində fəallığına" görə də hədiyyə və fəxri fərman əldə etmişdir. 
Dəfələrlə təlimlərdə iştirak etmiş, sertifikatlar əldə etmişdir.Təhsilin inkişafına ictimai dəstək olan "Təhsil Forumu" Sosial Platformasında göstərdiyi fəallığa və səmərəli fəaliyyətinə görə 2021- ci ildə Fəal müəllim fəxri diplomu ilə təltif olunub.
Hal-hazırda Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq pedaqoji fəaliyyətini və məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı müavin olaraq vəzifəsini ləyaqətlə davam etdirir.
3 0

Şərhlər

Oxşar xəbərlər