"Müəllimlərimizi Tanıyaq" - Məhərrəmova Aynur
25-04-2023, 11:00
662

"Müəllimlərimizi Tanıyaq" - Məhərrəmova Aynur

"Müəllimlərimizi Tanıyaq" - Məhərrəmova Aynur rubrikamızda bu dəfə haqqında danışacağıq


Məhərrəmova Aynur Yasən qızı 18 fevral 1985-ci ildə Ağdam rayonunda anadan olub. 

1992- ci ildə Aödam rayonunda 4 nömrəli məktəbdə təhsil almağa başlayıb. Qarabağ Müharibənin başlaması təhsilini Bakıda davam etdirməyə məcbur edib. 

2002-ci ildə Azərbaycan Dövlət Pedaqoji Ununersitetinə daxil olub. 

Həmin il könüllü olaraq Yeni Azərbaycan Partiyasının üzvü olur. 

2006-cı ildə bakalavr təhsilini başa vurub Azərbaycan Müəllimlər İnstitutunda Magistratura təhsili almağa başlayıb. Həmin il Təhsil Nazirliyinə müraciəti əsasında təhsil aldığı Ağdam rayon 37 nömrəli tam orta məktəbində müəllimlik fəaliyyətinə başlayıb. 

2008-ci ildə Heydər Əliyev və Azərbaycan Təhsili mövzusunda magistr dissertasiyasını müdafiə edərək ikinci diplomunu, tam ali təhsil sənədi olan magist diplomunu alır. 

2006-cı ildən Ağdam rayon 118 saylı seçki dairəsinin 24 saylı seçki məntəqəsində katib vəzifəsində çalışır. 

Müəllimlərin Diaqnostik qiymətləndirməsində 35 ixtisas, 13 metodika olmaqla 48 bal toplayıb. 

2022-ci ilin avqust ayında keçirilən Direktorların işəqəbul müsabiqəsində iştirak edərək uğur qazanıb. 

Hal-hazırda 10 il təhsil aldığı, 15 il pedaqoji fəaliyyətlə məşğul olduğu məktəbdə direktor vəzifəsində çalışır.

Ailəlidir 2 övladı var.
0 0

Şərhlər

Oxşar xəbərlər