"Müəllimlərimizi Tanıyaq" - Vüsalə Hüseynova
5-04-2023, 08:10
383

"Müəllimlərimizi Tanıyaq" - Vüsalə Hüseynova

"Müəllimlərimizi Tanıyaq" -  rubrikamızda bu dəfə Vüsalə Hüseynova haqqında danışacağıq.

Vüsalə Hüseynova Əlisəfa qızı 20 aprel 1982 - ci ildə Qobustan rayonu Sündü kəndində anadan olmuşdur. 

İlk təhsilini Sündü kənd orta məktəbində almış, daha sonra Qobustan şəhər 1 saylı tam orta məktəbdə davam etdirərək əla qiymətlərlə məktəbi başa vurmuşdu. 

Orta məktəb illərində rayonun və məktəbin ictimai tədbirlərində, şer müsabiqələrində fəal iştirak etmişdir. 

2000-2005- ci illərdə Bakı Dövlət Universitetinin tarix fakultəsində təhsil almışdır. Universitetdə oxuduğu illərdə eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olmuş, artıq 23 ildir ki, şagirdlərinə bu şərəfli peşəni sevə - sevə tədris edir. 

Təhsildə qazandığı uğurlara, şagirdlərin təlim-tərbiyəsində göstərdiyi səmərəli  pedaqoji fəaliyyətə görə Qobustan rayon rəhbərliyi, Təhsil şöbəsi, Azad Həmkarlar İttifaqı tərəfindən fəxri fərmanlara və tərifnamələrə laiq görülmüşdü.
0 0

Şərhlər

Oxşar xəbərlər