"Müəllimlərimizi Tanıyaq" - Hüseynli Yeganə Hüseyn qızı
11-03-2023, 15:22
471

"Müəllimlərimizi Tanıyaq" - Hüseynli Yeganə Hüseyn qızı


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Hüseynli Yeganə Hüseyn qızı haqqında danışacağıq. 

Hüseynli Yeganə Hüseyn qızı 1962-ci il oktyabrın 23-də Ucar şəhərində anadan olub. Ümumi təhsilini Ucar şəhəri 2 nömrəli tam orta məktəbdə alıb. 1982-1987-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) coğrafiya müəllimliyi ixtisasını bitirib. Elə həmin ildən Ucar rayonu Alpout kənd 2 nömrəli orta məktəbdə coğrafiya müəllimi olaraq fəaliyyətə başlayıb. 1992-ci ildən Ucar rayonu Qarabörk kənd tam orta məktəbində çalışıb. 2001-ci ildən isə Ucar  şəhər 2 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi olaraq fəaliyyətini davam etdirir.

2012-ci ildə "Öyrədənlərin öyrədəni" kursunu müvəffəqiyyətlə bitirərək təlimçi statusu alıb. 2013-cu ildə Masallı, 2014-cu ildə Bakı şəhəri, Oğuz və Ucar rayonlarında coğrafiya, o cümlədən fizika fənləri üzrə yeni ümumi orta təhsil kurikulumu üzrə kurslarda təlimçi kimi fəaliyyət göstərib.

Qeyd edək ki, Yeganə Hüseynli 2005-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub, 2017-ci ildə isə Prezidentinin müvafiq sərəncamı ilə “Əməkdar müəllim" fəxri adına layiq görülüb. Eyni zamanda 6-11-ci siniflər üçün kurikulum əsasında hazırlanmış “Coğrafiya” hazırlıq vəsaitinin müəlliflərindən biri, həmçinin “Toponimika” coğrafi adlar kitabının rəyçisidir.

#MərkəziAranRTİ #MərkəziAranRTİEduAz #QabaqcılMüəllimlərimiziTanıdaq #Layihə
0 0

Şərhlər

Oxşar xəbərlər