"Müəllimlərimizi Tanıyaq" - Gülnarə Dəmirova
9-03-2023, 15:05
477

"Müəllimlərimizi Tanıyaq" - Gülnarə Dəmirova


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə   Gülnarə Dəmirova haqqında danışacağıq :

Dəmirova Gülnarə 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. 

2013-cü ildə Azərbaycan Dövlət Pedaqoji Kollecinin İbtidai sinif müəllimliyi ixtisasını fəərqlənmə ilə bitirmişdir. 

2014-cü ildə MİQ imtahanında iştirak edərək 33 balla (35 üzərindən) Bakı şəhəri 185 nömrəli məktəbə ibtidai sinif müəllimi təyin olunmuşdur.

2015-ci ildə Bakı şəhəri 255 nömrəli məktəbə yerdəyişmə etmiş, artıq 8 ildir fəaliyyətini burada davam etdirir. 

Müəllimlərin sertifikasiya imtahanında 99 bal toplamış, bir çox beynəlxalq və yerli təlimlərdə, müsabiqələrdə iştirak etmişdir. 

Yenilikləri, öyrənməyi çox sevir, öyrətməkdən xüsusi zövq alır, ali təhsilinin olmaması bir çox müsabiqələrdə qarşına maneə olaraq çıxmışdır ki 9 ildən sonra 2022-ci ildə DİM imtahanında iştirak edərək təhsilini bərpa etməyə cəhd edib və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının "Sosial Iş" ixtisasına qəbul olmuşdur.

Hal hazırda təhsilini qiyabi olaraq davam etdirir.
0 0

Şərhlər

Oxşar xəbərlər