"Müəllimlərimizi Tanıyaq" - Sədiyeva Vəfa
10-02-2023, 14:36
392

"Müəllimlərimizi Tanıyaq" - Sədiyeva Vəfa

"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Sədiyeva Vəfa  haqqında danışacağıq :


Sədiyeva Vəfa Əlövsət qızı .13.03.1977 -ci ildə Şəki rayonu Köndələn kəndində anadan olub.

1984 -cü ildə Şəki rayonu Köndələn kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş,1995-ci ildə həmin məktəbin 11- ci sinfini bitirmişdir.
 
  1995-ci ildə Gəncə Dövlət Pedoqoji İnstitutunun ibtidai sinif müəllimliyi ixtisasına qəbul olunmuşdur.Tələbəlik illəri ərzində institutda təşkil olunmuş tədbirlərdə fəal iştirak etmişdir.
  
   1999- cu ildə Şəki rayonu Köndələn kənd tam orta məktəbində müəllim olaraq işə başlamışdır.2016- cı ildə məktəbin Həmkarlar Təşkilatının sədri seçilmişdir.

  Müəllimliyə başladığı dövrdən Yeni Azərbaycan Partiyası sıralarına daxil olmuş, hər zaman fəal üzv olaraq tədbirlərdə iştirak etmiş, şagirdlərinin vətənpərvər ruhlu yetişməsi üçün səylə çalışmışdır.




Uğurlar arzulayırıq !
0 0

Şərhlər

Oxşar xəbərlər