Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olan "İşıqlı gələcək zəhərsiz gələcək" layihəsinin bağlanış tədbiri
18-01-2023, 18:47
714

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olan "İşıqlı gələcək zəhərsiz gələcək" layihəsinin bağlanış tədbiri

TehsilForumu.Az xəbər verir ki, 14 yanvar - layihənin təntənəli bağlanış tədbiri keçirildi. Tədbir Gəncənin qədim abidələrindən, köhnə tikililərindən olan Karvansaray otelinin konfrans zalında baş tutdu. Çox səmimi və dostyana keçirilən tədbir bir az da hesabat xarakteri daşıyırdı. 

Tədbirdə Gəncə Şəhər Baş Polis İdarəsinin Yetkinlik yaşına çatmayan uşaqlarla iş üzrə şöbə rəisi Babək Sadıqov, gənc alim prezident təqaüdçüsü Elnur Həsənov, "Bani" seminariyasının İdarə Heyətinin üzvü Yusif Abbasov, 4 nömrəli xarici dillər təmayüllü məktəb liseyin direktoru Əliağa Səfərəliyev, 7 nömrəli tam orta məktəbin direktoru İlhamə Tağıyeva, 14 nömrəli tam orta məktəbin direktoru Gülşən Həsənova, 20 nömrəli tam orta məktəbin direktoru Mehriban Mahmudova, 27 nömrəli məktəb liseyin direktoru Kəmalə Isgəndərova, 28 nömrəli tam orta məktəbin direktoru Esmira Qaraxanova, 32 nömrəli tam orta məktəbin direktoru Tutu Hüseynova, 38 nömrəli tam orta məktəbin direktoru Ləman Həsənova, 41 nömrəli tam orta məktəbin direktoru Vüsalə müəllimə, layihənin əməkdaşları, direktor müavinləri, müəllimlər, UBR-lər və valideynlər iştirak etdilər. Eyni zamanda Gəncə Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşları və digər mötəbər qonaqlar da iştirak etdi.

Himn səsləndikdən sonra vətən uğrunda canından keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə layihə rəhbəri, 3 nömrəli tam orta məktəbin direktoru Vüsalə Səfərova açaraq qonaqları salamladı. Layihədə görülən işlər barədə hesabat verdi.

Daha sonra sosial çarx izləndi. İştirakçılara dərindən təsir edən çarx müzakirəyə səbəb oldu. Daha sonra layihənin təlimçisi Leyla Camalzadə hesabat proqramı ilə çıxış etdi. 

Layihənin fəaliyyət planı çərçivəsində görülən işlərin qısa xronikası izlənildi. Hər kəsin marağına səbəb olan işlər qonaqlar tərəfindən müzakirə olundu.

Dəyərli fikirlərini, arzularını, təkliflərini tək tək dilə gətirən qonaqlar səmimi söhbətləriylə isti abu hava yaratdılar. Tədbirdən sonra qonaqlar müzakirəni çay süfrəsi arxasında davam etdilər. Hər kəs məmnun ayrılarkən layihənin davamlı olmasını diləməklə yanaşı özləri də həvəslənib növbəti qrant müsabiqələrdə qalib olmağı hədəflədilər. Sonda xatirə şəkilləri çəkildi.


Uğurlar arzulayırıq işlərinizdə !
1 0

Şərhlər

Oxşar xəbərlər