"Müəllimlərimizi Tanıyaq" - Afaq Huseynova
14-01-2023, 08:00
621

"Müəllimlərimizi Tanıyaq" - Afaq Huseynova


" Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Afaq Huseynova haqqında danışacağıq :

Hüseynova Afaq Faiq qızı 1974 -cü il noyabrın 17-də Bakı şəhərində neftçi ailəsində anadan olub.

İbtidai təhsilini Nizami rayonu 62 nömrəli məktəbdə alıb. Daha sonra təhsilini Nərimanov rayonu 57 nömrəli məktəbdə davam etdirib. 

Orta məktəbi bitirdikdən bir il sonra, yəni 1992-ci ildə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetin pedaqogika və ibtidai təhsilin metodikası fakültəsinin axşam şöbəsinə qəbul olunub.

2-ci kursda oxuyarkən Nərimanov rayonu 178 nömrəli tam orta məktəbdə Uşaq birliyinin rəhbəri vəzifəsində çalışmağa başlayıb. 

4-cü kursdan etibarən isə həmin məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. İşlədiyi müddətdə müxtəlif təlimlərdə, treninqlərdə uğurla iştirak edib.

Belə ki, 2011-ci ildə Bakı şəhəri üzrə keçirilən riyaziyyat aylığı müsabiqəsində iştirak edərək 2-ci yerə layiq görülüb.

Diaqnostik qiymətləndirmədə 52 balla ugur qazanan Afaq müəllim, 2022-ci ildə keçirilən müəllimlərin sertifikasiyasında 51 bala layiq görülüb.

2022-ci ildən ETwinning beynəlxalq layihəsinin iştirakçısıdır. Milli keyfiyyət nişanına layiq görülən müəllim hal-hazirda bu layihədə türk və əcnəbi həmkarları ilə birgə çalışır. 

Peşəsini, uşaqları sevən müəllimiz , ƏMANƏT-Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək layihəsində iştirak edərək şəhid və qazi ailələrinin övladlarına təmənnasız şəkildə köməklik edir.

Uğurlar arzulayırıq .
0 0

Şərhlər

Oxşar xəbərlər