"Müəllimlərimizi Tanıyaq" - Aygul İbrahimova
10-01-2023, 12:09
800

"Müəllimlərimizi Tanıyaq" - Aygul İbrahimova

" Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Aygul İbrahimova haqqında danışacağıq :

Aygül Abdul qızı İbrahimova 24 yanvar 1994-cü ildə Şabran rayonu Gəndab kəndində anadan olmuşdur. 
 
2000-ci ildə Şabran rayonu Gəndab kənd tam orta məktəbinə getmiş, 2011-ci ildə orta məktəbi əlaçı olaraq bitirmişdir.  

2011-ci ildə Bakı Slavyan Universitetinin İbtidai sinif müəllimliyi fakültəsinə daxil olmuşdur. 2016-cı ildə universiteti müvəffəqiyyətlə başa vurmuşdur.   

2016-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistratura səviyyəsində Pedaqogika nəzəriyyəsi və tarixi ixtisasına qəbul olmuş, 2018-ci ildə universiteti bitirmişdir.  

Magistratura təhsili aldığı dövrdə müxtəlif elmi konfranslarda çıxış etmiş, bir neçə kitabda məqalə və tezisləri dərc olunmuşdur. Həmçinin təhsil aldığı müddətdə Kaspi liseyində işləmişdir.  

Daha sonra 2017-ci ildə Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmiş, 48 bal toplayaraq müddətli müqavilə ilə R.Hüseynov adına 49 nömrəli İntellekt məktəb-liseydə işləmişdir.  

2018-ci ildə yenidən Müəllimlərin işə qəbulunda iştirak etmiş 48 balla Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi S.Məmmədov adına 110 nömrəli tam orta məktəbə ibtidai sinif müəllimi olaraq daxil olmuşdur. 

Məktəbin ictimai işlərində fəal iştirak etmiş, işlədiyi müddətdə rəhbərlik tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur. Bu məktəbdə ilk buraxılışını yola salmış, həmçinin beş yaşlı qrupu ilə proqramını da tam yerinə yetirmişdir.   

2020-2021-ci illərdə Paris və Moldova konfranslarında ingilis dilində iki müxtəlif məqalə ilə çıxış etmiş və sertifikatlara layiq görülmüşdür.  

2021-ci il Müəllimlərin işə qəbulu müsabiqəsində yenidən iştirak etmiş 56 bal toplamışdır və 2022-ci ilin may ayında Müəllimlərin işə yerinin dəyişdirilməsi müsabiqəsində uğur qazanaraq iş yerini 61.5 balla Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi F.Rəfiyev adına 166 nömrəli məktəb-liseyinə dəyişmişdi. 

2022-ci ildə Birinciyəm qəzetində də haqqında məqalə dərc olunmuşdur. İşlədiyi bu illər ərzində Təhsil Nazirliyinin bir çox təlimlərində iştirak etmiş və sertifikatlara layiq görülmüşdür.

Uğurlar arzulayırıq.
0 0

Şərhlər

Oxşar xəbərlər