Hiperaktiv uşaqların davranışı belə olur - LAYİHƏ
10-10-2022, 07:42
499

Hiperaktiv uşaqların davranışı belə olur - LAYİHƏ

TehsilForumu.Az - Bu gün təhsilin inkişafı ilə bağlı digər regionlar kimi, Abşeron rayonunda da mühüm layihələr həyata keçirilir, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində məqsədyönlü iş aparılır. Heç şübhəsiz bu gün Abşeron təhsilinin inkişafından və əldə olunan uğurlardan danışarkən bu rayonun təhsil sektorunun effektiv fəaliyyəti də xüsusilə qeyd olunmalıdır.
Bir gənc müəllim kimi, daima öz üzərində işləmişəm və hər zaman Azərbaycan təhsilinə öz tövhəmi verməyə çalışmışam. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin xüsusi sərəncamı əsasında artıq Təhsilimizdə keçirilən, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqəsinin V və VI müsabiqələrində qalib olmuşam.
04.10.2022-ci il tarixdə Təhsildə İnkişaf və İnnovasiyalar üzrəVI qrant müsabiqəsi çərçivəsində “SUYUN RƏNGLI YUXULARI”-Hiperaktiv uşaqlar üçün ART Terapiya Layihəsi üzrə Abşeron rayon Məhəmmədi qəsəbə tam orta məktəbində maraqlı bir təqdimat baş tutdu. Layihənin açılış Abşeron rayon icra hakimiyyətinin, Abşeron rayon Təhsil sektoru, Abşeron rayon Gənclər İdman İdarəsinin rəisi, layihənin təlimçisi,ekspertləri,abşeron xəbər saytının nümayəndəsi və «Demokratik Gənclər»İctimai Birliyinin nümayəndələri iştirak edirdi.
Layihənin əsas məqsədi: incəsənət vasitələrindən istifadə etməklə şagirdlərin yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrin idarəçiliyinə hazırlamaqdır.
Vəzifələr:
-Layihəyə hazırlıq işlərinin görülməsi
-“Boyaların su ilə rəqsidir Ebru” Tədris Mərkəzinin yaradılması
-Hiperaktiv uşaqlarla işin qurulması
-“Boyaların su ilə rəqsidir Ebru” adlı təlimlərin keçirilməsi
-Su üzərində yaradılan gözəllik adlı müsabiqənin keçirilməsi
Layihənin Abşeron rayon təhsili üçün əsas əhəmiyyəti:
•Ebru - ilk olaraq səbri və özünü dinləyə bilmə bacarığını aşılamış olacaq
•O, özündə "nələrəsə ilişib qalma" kimi mənfi halları aradan qaldırır.
•Uşaqların özündə ruh yüksəkliyini artıracaq.
•Bu uşaqlar özlərini yenidən kəşf edəcək və özünə inamı artmış olacaq
•Uşaqlarda incə motor xüsusiyyətlərini inkişaf etdirir və diqqət dağınıqlığını aradan qaldıracaq.
Hiperaktiv uşaqlarda, diqqət əksikliyi yaşayan, depresiyada olanlar üçün faydası böyükdür.




0 0

Şərhlər

Oxşar xəbərlər