Gəncə şəhər 21 saylı tam orta məktəbdə V qrant - "İnklüziv siniflərdə Steam və ART" layihəsinin bağlanış mərasimi keçirilib
31-01-2022, 22:06
648

Gəncə şəhər 21 saylı tam orta məktəbdə V qrant - "İnklüziv siniflərdə Steam və ART" layihəsinin bağlanış mərasimi keçirilib

Bu gün Gəncə şəhər 21 saylı tam orta məktəbdə V qrant - "İnklüziv siniflərdə Steam + ART" layihəsinin bağlanış mərasimi keçirildi.

Layihənin rəhbəri ibtidai sinif müəllimi Rzayeva Aygün Məhərrəm qızı bizi - Təhsil Forumu - 2022 qrupunun Moderator və Koordinator heyətini də dəvət etdiyi üçün təşəkkür edirik.

İnklüziv siniflərdə Steam +Art layihəsi Təhsildə bir yenilikdir. Hal hazırda ölkənin bir sıra məktəblərində inklüziv siniflər fəaliyyət göstərir və paralel olaraq 6-cı sinifdən yuxarı isə Steam layihəsi həyata keçirilir.

Lakin inklüziv siniflərdə Steam + Art layihəsi onu göstərdi ki, Steam + Art proqramını ibtidai sinifdə də tətbiq edərək uğur əldə etmək olur.

Azyaşlı uşaqların eyni sinifdə təhsil aldığı əlilliyi olan yoldaşına dəstək göstərərək tapşırıqlara yaradıcı yanaşmaları əqli fəaliyyətlə məşğul olub öz yaradıcılığını sərgiləməsi bizdə əminlik hissi oyatdı ki, Steam + Art proqramını aşağı siniflərə tətbiq etmək və uğur əldə etmək olar.




0 0

Şərhlər

Oxşar xəbərlər