"Müəllimlərimizi Tanıyaq"  -  Umuxanım Süleymanova
6-01-2022, 19:33
1 887

"Müəllimlərimizi Tanıyaq" - Umuxanım Süleymanova

"Müəllimlərimizi Tanıyaq"  rubrikamızda bu dəfə Umuxanım Süleymanova haqqında danışacağıq.

Süleymanova(Əliyeva) Umuxanım Cəlaləddin qızı 1992-ci ildə Sabirabad rayonunda anadan olub. 1999-2010-cu illərdə Sabirabad rayon Cavad kənd T.Məmmədov adına 1 nömrəli tam orta məktəbində təhsil almışdır.



2010-cü ildə məktəbi bitirmiş Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialında Riyaziyyat-İnformatika fakultəsinə qəbul olub.
2014-cü ildə məzun olaraq Təhsil Nazirliyinin keçirdiyi MİQ imtahanında iştirak etmiş vakant yeri tutaraq Saatlı rayonu V. Əzimov adına Qıraqlı kənd tam orta məktəbində Riyyaziyyav və İnformatika müəllimi kimi fəaliyyətə başlayıb.

2014-2019-cu illərdə həmin məktəbdə pedaqoji fəaliyyətlə məşğul olub, Kurikulum müəllimlərin peşə hazırlığı təlimlərində iştirak etmiş sertvikat almışdır.



2019-cu ildə Təhsil Nazirliyinin təşgil etdiyi MİQ imtahanında yenidən iştirak etmiş,İnformatika fənnindən 52 bal toplayaraq Sumqayıt şəhər 31 nömrəli Y.Məmmədəliyev adına tam orta məktəbinə yerdəyişmə etmişdir.Məktəbin qoşulduğu TN-nin pilot “Rəqəmsal bacarıqlar” layihəsi təlimlərində iştirak edərək il sonunda imtahan vermiş müəllimlər arasında 95% nəticə göstərərək “Rəqəmsal bacarəqlar” layihəsi rəhbəri tərəfindən sertfikatla təltif olunmuşdur.



2020-ci ildə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına üzv seçilmiş, bir çox təlim və vebinarlarda iştirak edərək sertfikatlar əldə etmişdir.

Hal hazərda Sumqayıt şəhər 31 nömrəli Y.Məmmədəliyev adına tam orta məktəbdə informatika müəllimi olaraq faliyətini uğurla davam etdirməkdədir.

0 0

Şərhlər

Oxşar xəbərlər