"Müəllimlərimizi  Tanıyaq"  -  Aynur  İbrahimova
3-01-2022, 20:23
1 249

"Müəllimlərimizi Tanıyaq" - Aynur İbrahimova

"Müəllimlərimizi  Tanıyaq"  rubrikamızda  bu dəfə  Aynur  İbrahimova haqqında danışacağıq.

Aynur İbrahimova 16 oktyabr 1990-cı ildə Göyçay rayonunun Müskürlü kəndində anadan olub. 1997-ci ildə Göyçay rayon Müskürlü kəndinin orta məktəbinin birinci sinfinə daxil olan İbrahimova 2008-ci ildə Ucar rayon 2 nömrəli tam orta məktəbdən məzun olub. Elə həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının Filologiya fakültəsinə qəbul olub. Bakalavr təhsilini 2012-ci ildə başa vuraraq, 2013-cü ildə ADPU-nun magistratura səviyyəsinə qəbul olub. 2017-ci ildə isə Magistratura səviyyəsinin“Azərbaycan ədəbiyyatı” ixtisasını fərqlənmə diplomu ilə bitirib.
Ümumilikdə həm bakalavr, həm də magistr dövründə təşkilatı işlərdə, eyni zamanda Respublika səviyyəli seminar və konfranslarda fəal iştirak edib. Universitetdə təhsil aldığı müddətdə Tələbə Gənclər Təşkilatının sədri vəzifəsində çalışıb. Magistratura təhsili dövründə 2 elmi məqaləsi dərc olunub. Hazırda qarşımda duran əsas məqsədlərdən biri birində doktorantura təhsili almaqdır.



1. Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Mədəd Azərbaycan MMC” tərəfindən təşkil edilmiş “Ümumi Orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumlarının tətbiqi və fəal təlim” Sertifikat
2. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin keçirdiyi “Təşkilatı İdarə” etmə mövzusunda təlim Diplom
3. Azərbaycan Respublikası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin keçirdiyi Şimal-Qərb debat turniri( turnirin hakim vəzifəsində olub)_2011 Diplom
4. Respubilka Gənclər və Debat formu Hakim vəzifəsi ( 2012)diplom
5. Tələbə elmi konfrans Şəki 1 yer diplom
6. Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsi Məktəblərdə Sağlamlıq sağlamlıq təlimləri üzrə” Ən yaxşı açıq dərin təşkili” üzrə 1-ci yer diplom
7. Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Odlar Yurdu Unverseti” tərəfindən təşkil edilmiş “Yazı işinin təşkili metodikası” rayon üzrə 1-ci yer
8. Bu il Azad Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatşılığı əməkdə, təhsildə və icimai fəaliyyətdə xüsusi nailiyyətlər ədən edən bir müəllim kimi “İlin Peşəkar Gənci” fəxri adını alaraq təltif olunub.



9. Ölkə üzrə keçirilən “Günün qəhrəmanları” yazı müsabiqəsində bir jurnalistin onun pedaqoji fəaliyyəti haqqında yazdığı “Şagirdləri uğurunda pandemiya ilə döyüşən xanım müəllimin portireti” adlı yazı qalib hesab edilib.
10. “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində rayon müəllimləri arasında təşkil edilən pedoqoji mühazirələrin rayon mərhələsində iştirak edib. “Şagirdlərdə rabitəli nitqin inkişaf etdirilməsi təcrübəsindən” mövzusunda yazdığı pedaqoji mühazirəsi rayon üzrə ən yaxşı pedoqoji mühazirə kimi seçilərək Respublika mərhələsinə göndərilib. Müəllifi olduğu eyni adlı pedaqoji mühazirə qalib gələrək Respublika birinciliyini qazanıb(2019)
11. Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman komitəsi, ³AzEdu.az təhsil portalının təşkilatçılığı ilə keçirilən "İlin gənc müəllimi -2019" müsabiqəsinin ilk ən yaxşı 50 müəllimi siyahısında yer alıb. Daha sonra təyin olunan ekspertlər tərəfindən 50 müəllimin içindən finala keçərək, ölkə üzrə ən yaxşı 10 müəllim siyahısına düşüb. Milli Məclisdə Təltifnamə və hədiyyələr ilə mükafatlandırılıb.
12. Azərbaycanda ilk dəfə yaradılan Azərbaycan Gənclər Parlamentinin “Elm, təhsil, mədəniyyət və incəsənət” komitəsinin sədr müavini seçilib.



Pandemiya dövründə də daima öz layihələri ilə faydalı olmağa çalışıb:
■ Şagirdlərə onlayn dərslər, motivasiya üçün fərqli məkanlarda, fərqli formatda “ Hər yer məktəb” adı ilə layihə;
■ Pandemiya dövründə ucqar kənd məktəblərində dərs dediyi və interneti olmayan imkansız şagirdlərin evinə gedərək, onlara test və kitab vəsaitləri həmçinin digər hədiyyələrlə sevindirməyin təşəbbüskarı olub və həmkarları ilə birgə reallaşdırıb;
■Pandemiya dövründə insanları evdə qalmağa təşviq edən video çarxlar hazırlayaraq, ictimaiyyətə çatdirıb;
■Rayon Təheil Şöbəsinin “Bizim dərs” layihəsində könüllü iştirak edib. Şagirdlərə faydalı olmağa çalışıb;
■Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzi yanında operativ qərargahın fəal üzvü olaraq “ 1 qələm, 1 kitab, 1 müəllim, 1 şagird dünyanı dəyişə bilər” layihəsini başladaraq, Şəki Qarışıq tipli Uşaq evindəki uşaqlara təmənnasız hazırlıqlar keçmək üçün 3 ixtisas üzrə müəllim qrupu yaratmaq təklifini irəli sürüb. Valideyn himayəsindən məhrum olan uşaqlar da ali məktəbə qəbul olaraq öz ayaqları üzərində dayanmağını istəyən müəllimə ona dəstək olan digər iki müəllimlə bu bu təşbbüsü həyata keçirib. Artıq ilk məzun bu il keçirilən imtahanda keçid balını toplayıb. Qəbul olub.Layihə gələcəkdə daha da genişlənəcək.



■İnsan Resurslarının dəstəyi ilə “Təbəssümsüz bir körpə qalmasın” adlı layihə başladaraq, Şəki Qarışıq Tipli uşaq evinin sakinləri üçün bir neçə müəllimlə məktəb ləvazimatları, oyuncaqlar, geyimlər və s. ənənə halını almasına addım atıb.
■”Oxumaq heç vaxt gec deyil” layihəsinin müəllifidir Bu, ölkədə ilk təşəbbüsdür. İşlədiyi kənddə şagirdlərinin bir zamanlar təhsil ala bilməyən(erkən nigaha cəlb olunma, maddi imkansizliq, valideyn qadağası və s) analarının, nənələrinin ödənişsiz hazırlaşmaları ali məktəb , kollec və texnikumlara qəbul olunmalarına şərait yaradılması layihənin əsas məqsədidir. Öncə işlədiyi kəndin qadinları nəzərdə tutulsa da, Rayonun və ölkənin hər yerindən müraciətlər çox olduğu üçün bu dərslərə hər yerdən valideynlər qoşulur. Uzaq yerlərdən qoşulan xanımlara dərslər onlayn keçirilir. Hazırda işlədiyi kənddə dərslərə qoşulan ən yaşlı valideynin 42(nənədir), ən gəncinin isə 24(2 uşaq anasıdlr) yaşı var. 3 fənn üzrə hazırlaşırlar. Onların istəklərinə uygun fənn sayları artırılıb.
■ Türkiyənin Bursa şəhərində keçirilən Nizami Gəncəvi yubleyi ilə əlaqəli təşkil edilən Beynəlxalq konqresə fəxri qonaq kimi dəvət alıb, sertifikat əldə edib.(2021)
■6 qitədən, 110-dan çox ölkədən bu günədək 200 mindən çox iştiraçının qatıldığı bütün dünyada nüfuzlu və məşhur olan "Global Teacher Award 2021" müsaviqəsinin qalibi olub.
■ARTİ nin təşkil etdiyi “Səriştəli metodist” layihəsinin həm test, həm də müsahibə mərhələsindən uğurla keçərək təlimlərində də iştirak edib.



Hazırda bir sıra təhsil assosiasiyalarının və qurumların üzvüdür.
☆Azərbaycan Maarifçilər Assosiasiyası;
☆Azərbaycan Gənc Müəllimlər Assosiasiyası;
☆Azərbaycan Gənclər Parlamenti;
☆ e-twining plus Azərbaycan
☆Respublika Təhsil Şurası İctimai birliyinin üzvü
☆UNESCO Beynəlxalq Mərkəzinə üzv olan 10 azərbaycanlıdan biri



1 0

Şərhlər

Oxşar xəbərlər