"Gənc Müəllim" -  Nazpəri  Rzayeva
19-12-2021, 17:19
1 360

"Gənc Müəllim" - Nazpəri Rzayeva

"Gənc Müəllim" rubrikamızda bu gün Nazpəi Rzayeva haqqında danışacağıq.

Nazpəri Rzayeva Ramiz qızı 1997-ci ildə Kürdəmir
rayonunda anadan olmuşdur. 

2015-ci ildə Kürdəmir rayon S.Əliheydərov adına 4 nömrəli
tam orta məktəbin məzunu olmuşdur.



2019-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Fizika və Texnologiya istiqaməti üzrə Bakalavr dərəcəsini bitirmişdir.

2019-cu ildə Stratejik Düşüncə İnstitutunun həyata keçirdiyi
"Stratejik Düşünce Kongresi"nin iştirakçısı olmuşdur.

2019-2021-ci illərdə Nicat Təhsil Mərkəzi, Dost Academy Təlim və Tədris Mərkəzi,
MGE Tədris Mərkəzi və İPG Tədris Mərkəzinin
Müəllimlərin İşə Qəbulu və Sertifikasiyası proqramının
Metodika təlimçisi kimi fəaliyyət göstərmişdir.




2020-ci ildən Füzuli rayon 4 nömrəli tam orta məktəbdə,
2021-ci ildən Müəllimlərin İşə Qəbulu imtahanlarında
Respublika 2-ciliyi qazanaraq 290 nömrəli tam orta məktəbdə
Texnologiya müəllimi kimi fəaliyyətə başlamışdır.

2021-ci ildə Təhsildə İnnovasiyalar şöbəsinin təşkil etdiyi
"Distant təhsildə çağırışlar və nailiyyətlər" konfransının,
"Rəqəmsal öyrənmə platformalarının imkanları və məhdudiyyətləri: ADA Universitetinin təcrübəsi"
sessiyalarının iştirakçısı olmuşdur.



Təhsil Nazirliyinin təqdim etdiyi Metodika çərçivə sənədi əsasında
müəllimlərə dəstək məqsədli bir neçə Metodiki layihənin
müəllifi və iştirakçısı olmuşdur.

0 0

Şərhlər

Oxşar xəbərlər