Mədəni Yenilənmə” layihəsi çərçivəsində Fərəc Qarayev ilə görüşlər baş tutacaq
14-12-2021, 05:50
344

Mədəni Yenilənmə” layihəsi çərçivəsində Fərəc Qarayev ilə görüşlər baş tutacaq

Mədəni Yenilənmə” YARAT müasir incəsənət mərkəzi və Azərbaycan Respublikası mədəniyyət nazirliyinin 2021-ci ilin oktyabr ayından etibarən keçirilən müştərək layihəsidir.

TehsilForumu.Az  xəbər verir ki, layihənin məqsədi hazırda Azərbaycanın hüdudlarından kənarda yaşayıb-yaradan mədəniyyət və incəsənət xadimlərini, görkəmli simaları çağdaş nəslə tanıtdırmaq, onların doğma vətənlərində kəsb etdiyi əhəmiyyəti vurğulamaq, fəaliyyət təcrübəsi ilə peşəkar bilgilərinin mübadiləsini təmin etmək, bir ildən artıq sürən pandemiya səbəbindən fəaliyyət böhranı ilə üzləşdiyi bir vəziyyətdə onlara fəaliyyət və ifa imkanı yaratmaq, eləcə də mədəniyyət sevərlərin mənəvi ehtiyacını təmin etməkdir.

15-17 dekabr 2021-ci il tarixlərində layihənin növbəti mərhələsi baş tutacaq və layihə çərçivəsində respublikanın Xalq artisti, bəstəkar və pedaqoq Fərəc Qarayev, musiqişünas, fəlsəfə elmləri doktoru Rauf Fərhadov və pianoçu, pedaqoq Samir Mirzəyev ilə görüşlər keçiriləcək.

15, 17 dekabr Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində professor Fərəc Qarayevin iştirakilə onun yaradıcılığına və XXI əsrdə Moskva bəstəkarlarının musiqisinə həsr edilmiş seminar-diskussiyalar, 16 dekabr isə musiqişünas, fəlsəfə elmləri doktoru Rauf Fərhadovun iştirakı ilə “Postmodernizmdən total sintezə doğru “ mövzusunda mühazirə-diskussiya baş tutacaqdır.

Daha sonra, 15 dekabr YARAT mərkəzinin səhnəsində “SoNoR” ansamblı haqda kitabın təqdimat mərasimi, 17 dekabrda isə həmin səhnədə Antalya Dövlət Konservatoriyasının dosent doktoru Samir Mirzəyevin “Sinesteziya fenomeni və Skryabin” mövzusunda mühazirəsi keçiriləcək.  

Layihə çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasında “Nurlanmış gecə” adlı kamera və “Nostalji” sərlövhəli simfonik konsertlər də səslənəcək.


0 0

Şərhlər

Oxşar xəbərlər