Buraxılış imtahanı yaxınlaşır – Psixoloqdan abituriyentlərə ÇAĞIRIŞ
12-02-2024, 12:55
705

Buraxılış imtahanı yaxınlaşır – Psixoloqdan abituriyentlərə ÇAĞIRIŞ

Buraxılış imtahanlarının keçirilməsinə sayılı günlər qalıb. Müddət azaldıqca təbii olaraq, abituriyentlər arasında gərginlik artır. Bu baxımdan imtahan tarixi abituriyent üçün ən yaddaqalan, ən maraqlı, ən həyəcanlı, bəziləri üçünsə ən qorxulu və narahatverici günlərdən biri olur. Bu imtahan doğrudan da bir çox gənclərin həyatı üçün önəmli mərhələdir.

 

Maraqlıdır, bu il keçən ilə nisbətən abituriyentlərdə imtahan həyəcanı azalıbmı?

 

TehsilForumu.Az AzEdu.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı danışan Azərbaycan Psixologiya Akademiyasının (APAK) psixoloqu Ləman Mustafayeva bildirib ki, keçən ilə nisbətən bu il abituriyentlərin həyəcanında yüksəlmə hiss olunur:
“Bu il keçən ildən 15-20% çox abituriyentlər psixoloqa müraciət ediblər. Ən çox həyəcan, stress, narahatlıq, gərginlik, aqressiya yeniyetmə yaşlarında başlayır. Xüsusilə yeniyetməlik dövründə imtahan həyəcanı başlayan zaman digər narahatlıqlar, gərginlik və həyəcanın sürətlə artması hiss olunur. Bunu aradan qaldırmaq üçün valideynlər mütləq övladlarını mütəxəssis yanına aparmalıdırlar”.

 

Psixoloq qeyd edib ki, abituriyent imtahan zamanı nə qədər sakit və özünə inamlıdırsa, bir o qədər də az səhv edəcək:

 

“Təbii ki, ali məktəbə daxil olmaq çox vacib addımdır. Bunu mütləq ciddi qəbul etməlisiniz, ancaq bundan qorxmayın! Bir çox cəhətdən yeniyetmənin münasibəti ətraf mühitin ona bu imtahanı necə təqdim etməsindən asılı olacaq. Buna görə də, əziz valideynlər və müəllimlər, siz uşaqları əsəb böhranına sürükləməməlisiniz. Qəbul imtahanları onların həyatlarının qalan hissəsini birdəfəlik həll etməyəcək və onların nəyisə düzəltmək üçün hər zaman daha yaxşı şansları olacaq. Bəzi universitetlərdə əlavə imtahanlar, məsələn, yaradıcılıq imtahanları keçirilir. Abituriyent belə bir imtahan zamanı nə qədər sakit və özünə inamlıdırsa, bir o qədər az səhv edəcək. O, daha diqqətli və çalışqan olacaq. Və onun vaxtı, titrəyən əllərini sakitləşdirməyə deyil, dəqiq suala cavab verməyə sərf olunacaq".

0 1

Şərhlər

Oxşar xəbərlər