Sentyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 27 min 990 müraciət daxil olub.
3-10-2023, 17:06
310

Sentyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 27 min 990 müraciət daxil olub.

İdarədən  bildirilib ki, daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

TehsilForumu.Az - ın əldə etdiyi məlumata görə Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 17 min 288 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 5 074 müraciət daxil olub.

BŞTİ-yə 4 581 sənəd (vətəndaşlar tərəfindən 1 910 ərizə, Elm və Təhsil Nazirliyindən 554, digər qurumlardan 231, tabelikdə olan təhsil müəssisələrindən 1 288 məktub və 598 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 1 047 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə, məktəbəhazırlıq qruplarına və I sinfə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, yerdəyişmə, işə qəbul və digər məsələləri əhatə edir.

0 0

Şərhlər

Oxşar xəbərlər