Ötən ilin son ayında BŞTİ-ə daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb
6-01-2022, 13:10
277

Ötən ilin son ayında BŞTİ-ə daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) ötən ilin dekabr ayı ərzində 12 min 79 müraciət daxil olub.
 
Bu barədə TehsilForumu.Az-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll edilib.
 
Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-0 nömrəli) 10 min 73 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 152 vətəndaşın videoqəbul formatında müraciəti daxil olub.
 
Ötən ilin son ayında BŞTİ-yə 1550 sənəd (vətəndaşlar tərəfindən 447 ərizə, Təhsil Nazirliyindən 199, digər qurumlardan 204, məktəblərdən 398 məktub, 109 strukturdaxili yazışma və 193 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 304 elektron müraciətə baxılıb.
 
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, informasiya təminatı və digər məsələləri əhatə edib.
 
0 0

Şərhlər

Oxşar xəbərlər