Yanvar ayında Təhsil İdarəsinə 8 348 müraciət daxil olub
2-02-2022, 11:10
337

Yanvar ayında Təhsil İdarəsinə 8 348 müraciət daxil olub

2022-ci ilin yanvar ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 8 348 müraciət daxil olub.

İdarədən "Tehsil.biz"ə verilən məlumata görə, daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-0 nömrəli) 6 280 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 100 vətəndaşın videoqəbul formatında müraciəti daxil olub.

Yanvar ayında BŞTİ-yə 1 645 sənəd (vətəndaşlar tərəfindən 441 ərizə, Təhsil Nazirliyindən 195, digər qurumlardan 199, məktəblərdən 327 məktub, 35 strukturdaxili yazışma və 448 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 323 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, informasiya təminatı və digər məsələləri əhatə edib.
0 0

Şərhlər

Oxşar xəbərlər