Ötən ilin son ayı ərzində BŞTİ-yə daxil olan müraciətlərin sayı AÇIQLANDI
6-01-2022, 11:14
279

Ötən ilin son ayı ərzində BŞTİ-yə daxil olan müraciətlərin sayı AÇIQLANDI

2021-ci ilin dekabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 12 079 müraciət daxil olub.

TehsilForumu.Az xəbər verir ki, İdarədən  bildirilib ki, daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll edilib.

Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-0 nömrəli) 10 073 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 152 vətəndaşın videoqəbul formatında müraciəti daxil olub.

Ötən ilin son ayında BŞTİ-yə 1 550 sənəd (vətəndaşlar tərəfindən 447 ərizə, Təhsil Nazirliyindən 199, digər qurumlardan 204, məktəblərdən 398 məktub, 109 strukturdaxili yazışma və 193 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 304 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, informasiya təminatı və digər məsələləri əhatə edib.


0 0

Şərhlər

Oxşar xəbərlər