47 şagird fənn olimpiadalarının final turuna vəsiqə qazanıb
6-03-2023, 15:44
551

47 şagird fənn olimpiadalarının final turuna vəsiqə qazanıb

TehsilForumu.Az xəbər verir ki , 18 və 25 fevral tarixlərində keçirilən Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsinin nəticələrinə əsasən Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsilalan 47 nəfər şagird RFO-nun final turuna vəsiqə qazanıb.

Qeyd edək ki, RFO-nun yarımfinal mərhələsində Mərkəzi Aran RTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrində təhsilalan 618 nəfər şagird iştirak edib. Onlardan Mingəçevir şəhəri üzrə 23, Kürdəmir rayonu üzrə 7, Yevlax rayonu üzrə 5, Ağdaş rayonu üzrə 4, Göyçay və Zərdab rayonlarının hər biri üzrə 3 və Ucar rayonu üzrə isə 2 nəfər şagird olimpiadanın final turuna vəsiqə qazanıb.

Olimpiadanın final mərhələsində iştirak edəcək bütün şagirdlərimizə uğurlar arzulayırıq!
0 0

Şərhlər

Oxşar xəbərlər