35 nəfərə elmi dərəcə verilməsindən imtina edildi-SƏBƏB
7-01-2023, 11:49
469

35 nəfərə elmi dərəcə verilməsindən imtina edildi-SƏBƏB

TehsilForumu.Az- Ötən ilin dekabr ayında 35 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

 

Bu barədə Prezident yanında Ali Attestasiya Komissiyasından bildirilib.

 

Bundan başqa, dekabr ayında 63 nəfərə fəlsəfə doktoru, 18 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 32 nəfərə, elmlər doktoru elmi dərəcəsi almaq istəyən 3 nəfərə isə imtina cavabı gəlib.

 

Bundan başqa, həmin müddətdə 23 nəfərə dosent, 4 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 3 nəfərə, professor elmi adı almaq istəyən 1 nəfərə imtina verilib.
0 0

Şərhlər

Oxşar xəbərlər