Serbiya və Azərbaycan arasındakı strateji tərəfdaşlıq əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub.
26-12-2022, 16:27
307

Serbiya və Azərbaycan arasındakı strateji tərəfdaşlıq əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub.

TehsilForumu.Az- Serbiya və Azərbaycan arasındakı strateji tərəfdaşlıq əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub.
 
Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Serbiya Respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. 

 Azərbaycana bu gün yaxın tərəfdaş və dost olan ölkələrdən biri də Serbiyadır Respublikasıdır.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç cari ilin dekabrın 21-də ölkəmizə səfəri, aparılan danışıqlar, təbii ki, iki ölkə arasındakı münasibətlərin inkişafına mühüm töhfə verəcək. Artıq hər iki dost ölkə arasındakı strateji tərəfdaşlıq əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub.  Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşdən sonra mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyevin bu fikirləri bir daha göstərir ki, bu gün Azərbaycan Avropanın ən etibarlı enerji təchizatçısıdır və bu imkanlar get-gedə daha da böyüyəcək.              

Prezident bildirib ki, həm Serbiya, həm Azərbaycan öz resurslarına arxalanan,  müstəqil siyasət aparan  və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir. İki ölkə arasındakı əlaqələrin dinamikası çox müsbətdir. Ötən ay Belqradda qəbul edilmiş qərarların tezliklə yerinə yetirilməsini arzulayırıq. Hökumət üzvlərinə bu qərarların icra edilməsi ilə əlaqədar müvafiq göstərişlər verildiyi bildirilmişdir.

 Bundan sonra da ikitərəfli əlaqələr sürətlə inkişaf edəcək və qəbul edilmiş qərarlar vaxt itirmədən icra olunacağı vurğulanıb. Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Ölkələrimiz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, dəstəkləyir və bu siyasət dəyişməz olaraq qalacağı ifadə olunmuşdur.
Prezident İlham Əliyev çıxışı zamanı onu da vurğulayıb ki, Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək. Müdafiə sənayesi sahəsi də perspektiv əməkdaşlıq istiqamətlərindən biridir. Bu sahədə də hər iki ölkədə potensial var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması da gözlənildiyi diqqətə çatıdırılıb. 

Serbiyanın dövlət başçısı hər dəfə Azərbaycana gələndə, Bakıdakı böyük dəyişiklikləri və inanılmaz tərəqqinin şahidi olduğunu qeyd edərək, belə sürətli inkişafı müasir dünyada yalnız çox az yerdə görmək olduğuni qeyd etdi. Vuçiç bu nailiyyətləri neft və qazdan gələn gəlirlərlə əlaqəli olduğunu deyənləri qınayaraq, bildiridi ki, bu sahədə Azərbaycandan da çox zəngin ölkələrdə ağır durumda olduğunu hətta ayrı-ayrı misallarla müqayisə etdi. Vuçiç bütün bu uğurların İlham Əliyevin gücündən uzaqgörənliyindən və dünyada, eləcə də bölgədə baş verən geosiyasi prosesləri, bəşəriyyətin üzləşdiyi çağırışları düzgün qiymətləndirməsindən və ölkəsinə olan sevgisindən qaynaqlandığını vurğuladı. 

Onun çıxışında İlham Əliyevdən bir çox şeyləri öyrəndiyini də qeyd etməsi sözsüz ki, hər bir azərbaycanlı üçün qürurvericidir.Dost ölkənin rəhbəri Azərbaycanla strateji tərəfdaş olan ölkəsinin müxtəlif sahələrdə daha geniş işbirliyinin qurulmasında çox maraqlı olduqlarını qeyd etdi. Son vaxtlar Serbiya Azərbaycanla elektrik enerjisi sahəsində, müdafiə sənayesində ortaq əməkdaşlıığın daha da genişlənməsinə böyük önəm verilir. İlham Əliyev Serbiya ilə əməkdaşlığa böyük önəm verdiyini və bütün sahələrdə həm ikitərəfli formatda və həm də çoxtərəfli formatda əməkdaşlıın daha da genişlənəcəyini vurğulayıb. Bütün bunlar demeyə imkan verir ki, Serbiya Prezidentinin Bakıya işgüzar səfəti iki dost və stateji tərəfdaş ölkə olan Azərbaycanla Serbiya arasındakı münasibətlərin, işbirliyinin, dostluğun daha da genişlənməsi və güclənməsinə böyük töhfələr verdi. 

YAP Quba rayon təşkilatının sədri       
Fidan Hüseynova
0 0

Şərhlər

Oxşar xəbərlər