Mərkəzi Aran Regional Təhsil İdarəsinin  müdiri Göyçayda vətəndaşları qəbul edib
4-11-2022, 16:29
497

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Göyçayda vətəndaşları qəbul edib

TehsilForumu.Az - Noyabrın 4-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Göyçay şəhərində həmin rayon qeydiyyatında olan sakinləri qəbul edib.

Keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, dərs yükünün bölgüsü, əmək müqaviləsinin uzadılması və digər məsələlərlə bağlı müraciət ediblər.

İdarə müdiri qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aiddiyatı üzrə struktur bölmələrinin əməkdaşlarına konkret tapşırıqlar verib.



0 0

Şərhlər

Oxşar xəbərlər