Mərkəzi Aran Regional Təhsil İdarəsi - İdarə müdiri Zərdabda vətəndaşları qəbul edib
21-10-2022, 19:17
370

Mərkəzi Aran Regional Təhsil İdarəsi - İdarə müdiri Zərdabda vətəndaşları qəbul edib

İdarə müdiri Zərdabda vətəndaşları qəbul edib

TehsilForumu.Az Oktyabrın 21-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Zərdab şəhərində həmin rayon qeydiyyatında olan sakinləri qəbul edib.

Keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, dərs yükünün bölgüsü, əmək müqaviləsinin uzadılması və digər məsələlərlə bağlı müraciət ediblər.

İdarə müdiri qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aiddiyatı üzrə struktur bölmələrinin əməkdaşlarına konkret tapşırıqlar verib.

0 0

Şərhlər

Oxşar xəbərlər